Yuxarı

Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində avtonom nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Axar.az-a bildirilib ki, sənəd yerüstü nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional əsasların yaradılmasını nəzərdə tutur. İlk dəfə olaraq “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib.

Yəni bu dəyişikliklər:

- xüsusi marşrutlar üzrə hərəkət edən sürücüsüz avtobusların;

- sürücüsüz metro qatarlarının;

- logistika mərkəzləri və sənaye zonalarında fəaliyyət göstərən avtonom yük nəqliyyat vasitələrinin;

- uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin qanuni əsaslarla istismarına imkan yaradacaq.

Avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismara buraxıldıqdan sonra fəaliyyət göstərə biləcək. Məsələn, ilkin mərhələdə sürücüsüz avtobusların müəyyən edilmiş xüsusi zolaqlarda və ya məhdud marşrutlarda sınaq və istismarı mümkün olacaq.

İstismar prosesinə nəzarəti xüsusi şəhadətnamə əsasında fəaliyyət göstərən operatorlar həyata keçirəcək. Bu isə o deməkdir ki, nəqliyyat vasitəsində sürücü olmasa belə, məsafədən idarəetmə mərkəzində operator sistemin fəaliyyətini izləyəcək və zərurət yarandıqda müdaxilə edə biləcək.

Qanun layihəsinə əsasən:

- avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi;

- məsafədən idarəetmə mərkəzlərinin yaradılması;

- məlumatların real vaxt rejimində dövlət informasiya sistemlərinə ötürülməsi;

- məlumatların ən azı 6 ay müddətində saxlanılması təmin olunmalıdır.

Layihənin diqqətçəkən yeniliklərindən biri də avtonom nəqliyyat vasitələrinin digərlərindən fərqləndirilməsi məqsədilə xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanının tətbiqidir.

Məlumat üçün bildiririk ki, bu texnologiyalar artıq dünyanın müxtəlif ərazilərində tətbiq olunur. Məsələn, avtonom avtobuslar və taksilər Çin, BƏƏ və ABŞ-də sınaq və istismar mərhələsindədir.

Beləliklə, təklif olunan dəyişikliklər Azərbaycanda gələcəyin nəqliyyat həllərinin – sürücüsüz avtobusların, avtonom metro və dəmir yolu sistemlərinin tətbiqi üçün hüquqi zəmin yaradır. Bu isə nəqliyyatın daha təhlükəsiz, səmərəli və texnoloji əsaslarla idarə olunmasına xidmət edəcək.

Tarix
2026.08.03 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla