Yuxarı

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir- Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir, Beyləqan-Gəncə istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan Axar.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 2026-cı il sentyabrın 1-i saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü və Lənkəran-Astara istiqamətlərində 8 lot üzrə sentyabrın 15-də;

Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir-Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir və Beyləqan-Gəncə istiqamətlərində, eləcə də Xankəndidə 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ Universitetinin Klinikası – Şəhər mərkəzi) şəhərdaxili marşrutlar üzrə 8 lotda sentyabrın 18-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Tarix
2026.08.03 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla