Yuxarı

Ceyhun Bayramov Rubio ilə danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Rubio ilə danışdı

Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-nin Dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunmuş mühüm irəliləyişlər qeyd olunub.

Bu çərçivədə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr, o cümlədən Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl addımlar barədə qarşı tərəfə məlumat verib.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2026.10.05 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla