Yuxarı

Mahnımın ifasına sevinərəm, icazə nəyə lazım? - Bəstəkar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahnımın ifasına sevinərəm, icazə nəyə lazım? - Bəstəkar

Bəstəkar mahnısının bir yox, bir neçə müğənni tərəfindən ifa olunmasına yalnız sevinməlidir. Çünki mahnılar xalq üçün yazılır.

Bu sözləri Kult.az-a açıqlamasında əməkdar mədəniyyət işçisi, bəstəkar Rauf Məmmədov Cənubi Azərbaycandan olan bəstəkar Mənsur Daneşvarın “Nazlanma” mahnısının ifasına görə Vasif Məhərrəmli və Vəfa Şərifova sərt etirazı haqda danışarkən deyib.

“Sadəcə, mənim yeganə iradım odur ki, mahnılar ifa edilərkən mütləq müəlliflərin adları qeyd olunmalıdır. Amma bəzi bəstəkarlar fərqli düşünür və ifadən öncə izn alınmasını istəyir. Əgər bəstəkar mahnısının ifası üçün icazə alınmasını tələb edirsə, onun fikrinə hörmətlə yanaşılmalıdır. Şəxsən mən bu düşüncədə deyiləm. Kimsə mənim mahnılarımı ifa etmək istəyirsə, daha da sevinərəm”, - o bildirib.

Bəstəkar fars musiqisinə böyük hörmətlə yanaşdığını, lakin milli musiqidə xarici melodiyalardan istifadənin tərəfdarı olmadığını vurğulayıb:

“Müğənnilərimiz fars musiqilərini və ya bu ritmdə yazılan mahnıları keçmişdə də ifa ediblər. Hazırda da bir çox mahnıda hind, fars və digər millətlərin melodiyalarını duymaq mümkündür. Mən bunun əleyhinəyəm. Mahnılarımızda milli melodiyalardan istifadə olunsa və milli musiqimiz ifa edilsə, daha faydalı olar”.

Tarix
2026.08.01 / 00:33
Müəllif
Nizami Xəlil
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla