Yuxarı

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Kartdan karta əməliyyatlar üzrə həm əməliyyatların sayına, həm də ümumi məbləğə limitlərin tətbiq edilməsində əsas məqsəd daha çox vergidən yayınmanın qarşısının alınmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı, deputat Vüqar Bayramov Azərbaycanda bank kartları ilə kartdan karta əməliyyatlara limit tətbiq edilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, sahibkarlar tərəfindən satılan mal və xidmətlər üzrə ödənişlər kassa aparatı vasitəsilə həyata keçirilməlidir.

“Bu baxımdan kartdan karta ödənişlərdən istifadə olunması qadağan idi və bununla bağlı cərimələr də tətbiq edilirdi. Ona görə də yeni qaydaların tətbiqində sahibkarlar üçün belə bir imkan nəzərdə tutulmayıb.

Lakin bizim də təklif etdiyimiz məsələlərdən biri kartdan karta ödənişlər zamanı yaxın qohumlar arasında köçürmələrin müəyyən limitlər çərçivəsində istisna edilməsi ilə bağlıdır. Çünki yaxın qohumlar arasında kartdan karta həyata keçirilən ödənişlər hər hansı risk yaratmır. Bu səbəbdən həmin ödənişlərə tətbiq ediləcək limitlərlə bağlı müzakirələrin əsas mövzusu məhz yaxın qohumların bir-birinə etdiyi köçürmələrdir.

İkinci istiqamət isə risk faktorlarına daxil olmayan əməliyyatlarla bağlıdır. Əgər zəruri sübutlar və sənədlər təqdim edilirsə, həmin əməliyyatlara məhdudiyyətlərin tətbiq edilməməsi nəzərdə tutula bilər.

Çünki burada əsas məqsəd risk qruplarını fərqləndirmək, vergidən yayınmanın qarşısını almaq, şəffaflığı təmin etmək, eyni zamanda kibercinayətləri nəzərə alaraq kartlardan qanunsuz pul çıxarılması hallarını minimuma endirməkdir. Bu risklər olmadığı halda banklar və digər kredit təşkilatları tərəfindən həmin məhdudiyyətlərin tətbiq edilməməsi nəzərdə tutulur”, - o bildirib.

Tarix
2026.08.03 / 14:11
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla