Yuxarı

Azərbaycanda bu iki bankın rəhbərliyi dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu iki bankın rəhbərliyi dəyişdi

"Bank Respublika" və "AccessBank"ın İdarə heyətlərinin rəhbərliyində dəyişiklik olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, səhmdarların qərarı ilə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb. Onu bu vəzifədə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib.

“Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib.

Qeyd edək ki, “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin 100%-nin alınması üzrə sövdələşmə tamamlanıb. Əqdin şərtlərinə əsasən, “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25%-ni təşkil edən yeni imtiyazlı səhmləri əldə edirlər. Bankların ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərməsi, sonradan isə müvafiq tənzimləyici tələblərə uyğun birləşdirilməsi nəzərdə tutulur.

Tarix
2026.11.03 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla