Yuxarı

Bakının bu ərazisində torpaq kəskin bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı

Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17,9% bahalaşıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) məlumatında deyilir.

"Rayonlar üzrə ən böyük qiymət artımı Səbail rayonunda müşahidə edilib – 29,1%. Yasamal rayonunda torpaq sahələrinin qiyməti 27,1%, Nəsimi rayonunda 24,5%, Nizami rayonunda isə 22,3% yüksəlib. Xəzər rayonunda bahalaşma 20,2%, Nərimanov rayonunda 19,7%, Xətai rayonunda isə 16,5% səviyyəsində olub.

Nisbətən mülayim artım Binəqədi rayonunda (14,9%), Sabunçu rayonunda (12,3%), Suraxanı rayonunda (11,2%), Pirallahı rayonunda (8,6%) və Qaradağ rayonunda (8%) qeydə alınıb", - məlumatda qeyd olunur.

Bildirilir ki, paytaxtın daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak kateqoriyalarında eyni templə getməyib. Bahalaşmanın sürəti əmlakın tipindən, coğrafi mövqeyindən, bazarda formalaşan tələb-təklif nisbətindən, ərazinin spesifik xüsusiyyətlərindən və alıcıların davranış modellərindən asılı olaraq dəyişib.

AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin analizi, əvvəlki dövrlərlə müqayisəli təhlillər, rayonlar arasındakı qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin fikirləri, sorğu məlumatları, həmçinin tələb-təklif dinamikasını nəzərdən keçirib. Rayonlar üzrə orta göstəricilərin müəyyən edilməsində ərazilərin bazardakı payı və əhali faktoru da hesablamaya daxil edilib, məlumatda deyilir.

Tarix
2026.11.03 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla