Yuxarı

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

2026.08.03 - 21:09

Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk limanına hərəkət edən və meyvə-tərəvəzlə yüklənmiş konteynerlər daşıyan “Nadejda” gəmisi Ukrayna dronu ilə vurulub.

Axar.az xəbər verir ki, gəminin ekipaj üzvləri Azərbaycan və Türkiyə vətəndaşlarından ibarətdir.

Türkiyənin “Kalyoncu” fırmasına məxsus gəmi başqa bir ölkənin bayrağı altında üzür.

Gəmi Bakı vaxtilə 19:30 radələrində vurulub.

Hücum nəticəsində itkin düşənlər olsa da, onlar tapılıb, lakin vəziyyətləri ağırdır.

***

Gəminin kapitanı bildirib ki, Ukrayna hücumda 6-7 PUA-dan istifadə edib. Hücum nəticəsində gəmidə yanğın baş verib, 4 nəfər yaralanıb.

***

"Nadejda" gəmisində 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 heyət üzvü olub və dənizçilər Rusiya dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunub.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi məlumat verib.

Tarix
2026.08.04 / 00:15
Müəllif
Suzanna İsmayılova
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla