Yuxarı

O, mənə qadının necə olduğunu öyrətdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:

"48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən qadın mənə qadının necə olduğunu öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır. Əksinə... Vahidə çox güclü şəxsiyyət idi. Çox ağıllı, mütaliəli, maraqlı insan idi. Vahidə dünyasını dəyişəndə dedim ki, səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür, onu oxumaq, qaldırmaq, anlamaq mümkün deyil. Qadın mənim üçün ən azından əxlaqımdır, yerişimdir, danışığımdır. Qadın məni tərbiyə edir".

F.Manafov əxlaq anlayışından da söz açıb:

"Əxlaq həyata olan münasibətdir. İstəmirəm deyim ki, bu, mədəniyyətdir. Biri var daxili, biri də var öyrənilmiş mədəniyyət. Bundan asılı deyil. Bu, insanda ya var, ya da yoxdur".

Aktyor zamanın sürətlə keçməsindən də bəhs edib:

"Tanrı bizi tələsdirir. Təsəvvür edin ki, 24 saat hər zaman var. Saat eyni gedir, amma işıq və qaranlıq tələsir. Əvvəllər çatdıra bildiyim işi indi eyni vaxtda çatdıra bilmirəm. Nə baş verdiyini bilmirəm. Artıq bələkdə olan uşaq telefonu məndən yaxşı bilir".

Tarix
2026.08.03 / 20:14
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla