Yuxarı

ABB bu sahədə Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB bu sahədə Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!

“SME Banking Agency” təşkilatının təşəbbüsü ilə Vyanada Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal Bankçılıq Forumu (Global SME Banking Forum) keçirilib. Forumda ABB də təmsil olunub. Bankın son illərdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında iştirakçılara məlumat verilib.

Axar.az xəbər verir ki, ABB-nin rəqəmsal maliyyələşmə məhsulları olan, tam rəqəmsal "Ani kredit", "Ticarət zəncirinin maliyyələşdirilməsi", "Təcili qarantiya" məhsulları təqdim edilib. Forumun “TOP20 SME Banks Award Ceremony” hissəsində regionlar üzrə maliyyə qurumlarının qiymətləndirilməsi aparılıb. ABB kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində Mərkəzi Asiyanın 20 ən yaxşı bankından biri və ölkə üzrə ən yaxşı rəqəmsal maliyyə alətləri təqdim edən bank seçilib.

Forumda ABB-yə “Biznes bankçılıq” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı ənənəvi maliyyə xidmətləri göstərən bank), “Rəqəmsal bankçılıq” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı rəqəmsal maliyyə xidmətləri göstərən bank), “Rəqəmsal biznes maliyyələşdirməsi” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı rəqəmsal kreditlər təklif edən bank) və "Beyond bankinq” nominasiyaları üzrə 4 mükafat da təqdim olunub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.12.03 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Kobaxidze ilə təkbətək görüşü... - Foto

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Prezident Tiflisdə belə qarşılandı - Foto

Prezident Tiflisdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Prezident Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət etdi

Prezident və xanımı Gürcüstana getdi

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla