Yuxarı

AB-dən Rusiyaya yeni sanksiya...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-dən Rusiyaya yeni sanksiya...

Avropa Birliyi (AB) ukraynalı uşaqların qanunsuz deportasiyası və zorla Rusiyaya köçürülməsində iştirak edən daha 16 fiziki şəxsə və 7 quruma sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, sanksiyalar Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətlərdə iştirak edən şəxsləri və təşkilatları hədəf alır.

AB Şurasının məlumatına görə, siyahıya ukraynalı azyaşlıların sistemli şəkildə qanunsuz deportasiyası, məcburi köçürülməsi, assimilyasiyası, ideoloji təsirə məruz qoyulması və hərbiləşdirilmiş təhsilə cəlb olunmasında rol oynayan şəxslər daxil edilib.

Sanksiya siyahısına Rusiya Təhsil Nazirliyi ilə əlaqəli “Orlyonok”, “Qırmızı Yelkənlər” və “Smena” Ümumrusiya Uşaq Mərkəzləri, həmçinin Sevastopoldakı DOSAAF Mərkəzi, Naximov Hərbi-Dəniz Məktəbi və Krımdakı “Patriot” hərbi-vətənpərvərlik klubu, işğal edilmiş ərazilərdə fəaliyyət göstərən məmurlar və siyasətçilər, eləcə də müxtəlif gənclər düşərgələrinin, hərbi-vətənpərvərlik klublarının və təşkilatlarının rəhbərləri daxil edilib. Sanksiyalar çərçivəsində həmin qurumların aktivləri dondurulur, AB vətəndaşları və şirkətlərinə onlara maliyyə vəsaiti və iqtisadi resurs təqdim etmək qadağan olunur.

Fiziki şəxslərə qarşı isə AB ərazisinə giriş və tranzit qadağası tətbiq edilir.

Tarix
2026.05.11 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla