Yuxarı

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

“Nyu York Tayms”, “Voll Strit” və “Əl Cəzirə ” yazır ki, Tehran Vaşinqtonun sülh təklifinə cavabını Pakistan vasitəsilə göndərib. Lakin Donald Trump bu cavabı “tamamilə qəbuledilməz” adlandırıb.

Axar.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, qarşıdurma artıq adi müharibə deyil, bu, enerji, logistika və böyük güclərin təsir uğrunda mübarizəsidir.

“Xinhua”ya görə, İranın təklifi budur:

– müharibənin dərhal dayandırılması;

– aqressiyanın təkrarlanmamasına zəmanət;

– ABŞ sanksiyalarının ləğvi;

– blokadanın aradan qaldırılması;

– dondurulmuş aktivlərin qaytarılması.

Tehran həmçinin 30 günlük keçid razılaşması təklif edir. Amma əsas problem qalır: etimad yoxdur!

Hörmüz boğazı bu qarşıdurmanın mərkəzindədir. Bu marşrut qlobal enerji axınının əsas damarlarından biridir və hazırda siyasi təzyiq alətinə çevrilib. Nüvə məsələsi isə kompromisi demək olar ki, mümkünsüz edir.

İsrail Baş naziri Benjamin Netanyahu açıq deyir: “Müharibə bitməyib”.

Regionda gərginlik artır – dron hücumları, gəmilərə zərbələr və artan risklər artıq genişmiqyaslı təhlükəsizlik böhranına çevrilir. Eyni zamanda neft bahalaşır.

Bəs kim qazanır?

Rusiya – yüksək neft qiymətləri;

Çin – alternativ marşrutlar və enerji çevikliyi;

Azərbaycan – Orta Dəhliz və artan tranzit rolu;

Enerji şirkətləri – rekord gəlirlər.

Kim uduzur?

İran – sanksiya və inflyasiya;

ABŞ – bahalı yanacaq, daxili təzyiq

Avropa – enerji asılılığı

Qlobal iqtisadiyyat – ticarət zəifləyir

Nəticə sadədir:

Bu müharibədə tam qalib yoxdur.

Müharibə dayanıb, amma sülh yoxdur.

Əsas döyüş artıq cəbhədə deyil — enerji bazarlarında və geosiyasətdə gedir”, - o qeyd edib.

Tarix
2026.05.11 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla