Yuxarı

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Bəzən bir dövlətin bütün mahiyyəti, illərlə qurduğu siyasət, verdiyi mesajlar bir neçə saniyənin içində görünür. Bu gün Zəngilana köçən ailələrlə görüşdə yaşanan həmin bu səhnə kimi…

Yaşlı bir ağsaqqal ayağa qalxdı. Səsində yorğunluq, üzündə dərdin, övlad itkisinin ağır izləri vardı. “Şəhid atasıyam…” dedi. Ardınca da özünü yaxşı hiss etmədiyini bildirdi... Zalda sükut çökdü...

Həmin an Prezident İlham Əliyevin ağsaqqala münasibəti sadəcə dövlət başçısının protokol davranışı deyildi. Bu, şəhid atasına göstərilən mənəvi ehtiram idi. Hiss olunurdu ki, Prezident o ağsaqqala bir vətəndaş kimi yox, Vətən uğrunda canını vermiş, Vətənin parçasına çevrilmiş qəhrəmanın ocağı kimi yanaşır. Həm də bir Oğul kimi yanaşır...

Diqqətlə dinlədi. Həssaslıq göstərdi. Səsindəki qayğı, baxışındakı kövrəklik o səhnəni izləyənləri param-parça etdi. Ağrıtdı. Ağlatdı.

Əslində, dövlətləri böyük edən təkcə ordular, iqtisadiyyat və siyasi güc deyil. Dövlətləri böyük edən həm də Şəhid Ailəsinə - vətən uğrunda ölən oğulların valideynlərinə - Ataya, Anaya münasibətdir. Yaşlı insanın - dərdli atanın əlindən tutmağı bacarmaqdır. Bir ağsaqqalın ağrısını, yanğısını duymaqdır. O ağrını Cəmiyyətə göstərməkdir...

Bu gün Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycanda şəhid ailələri sadəcə, sosial kateqoriya deyil. Onlar dövlətin və millətin vicdan yeridir. Onları başımızın üstündə tuturuq, tutacağıq...

Cəmiyyət və xalq məhz belə anlardan - bir kitablıq, on romanlıq epizodlardan dərs alır, almalıdır. Yaşlıya necə davranmaq lazım olduğunu, şəhid valideyninə necə yanaşmaq lazım olduğunu, diqqətin və qayğının nə qədər böyük mənəvi dəyər daşıdığını anlamalıdır.

O səhnə qısa sürdü... Bəlkə də bir dəqiqə. Amma çoxlarının yaddaşında uzun qalacaq… Heç unudulmayacaq! Unudulmamalıdır!!!

P.S. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı böyük ehtiram göstərdiyi Sarıyev Əli Vətən müharibəsi şəhidi Samir Sarıyevin atasıdır.

Tarix
2026.05.10 / 17:04
Müəllif
Aynur Camal
Digər xəbərlər

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

Qarabağ buğda əkən bir neçə generalın nəzarəti altında idi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Bu ölkələr bizi dayandırmaq istəyirdi

Şuşanın azad olunması ilə Ermənistan ordusunun beli qırıldı

Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərənlər...

Heydər Əliyevin Azərbaycan tarixində rolu... - Prezident

Azərbaycan ərazisində hər qarış torpaq xalqa məxsusdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla