Yuxarı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

İnklüzivliyə dəstəyi ilə seçilən “Nar” 3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününü qeyd edir.

Axar.az xəbər verir ki, bu günə xüsusi önəm verən “Nar” cəmiyyətdə müxtəliflik, bərabərlik və inklüzivliyə dəstək missiyasını davam etdirir. Mobil operator 2025-ci ildə 10-a yaxın inklüziv sosial layihə həyata keçirib və bu təşəbbüslər vasitəsilə 500-dən çox şəxsi əhatə edib.

Gerçəkləşdirilən layihələr çərçivəsində iştirakçılar müxtəlif təlimlərə, sosial məşğələlərə, incəsənət və intellektual yönümlü fəaliyyətlərə cəlb olunub. İl ərzində keçirilən bütün fəaliyyətlər fiziki və emosional rifahın yaxşılaşdırılmasına, yeni sosial əlaqələrin formalaşmasına və inklüziv düşüncənin gücləndirilməsinə töhfə verib.

Öz abunəçiləri üçün də inklüziv mühitin yaradılması məqsədilə “Nar” ön ofis əməkdaşlarına jest dili üzrə təlim keçərək eşitmə məhdudiyyətli şəxslərə jest dilində xidmət göstərilməsini təmin edib. Bununla yanaşı, “Nar” ölkədə ilk dəfə jest dili mobil tətbiqinin ərsəyə gəlməsinə və nitq məhdudiyyəti olan şəxslər üçün ölkədə ilk dəfə intellektual oyun formatının təşkilinə də töhfə verib. Bu təşəbbüslər həm həssas, həm də qeyri-həssas qruplar arasında daha səmimi ünsiyyətin qurulmasına və cəmiyyətdə inklüzivlik haqqında məlumatlılığın artmasına mühüm dəstək olub.

Qeyd edilən fəaliyyətlərin davamı olaraq, “Nar” 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə növbəti maarifləndirici video çarxın hazırlanmasına da dəstək verib. DanceAbility Azərbaycan ilə birgə ərsəyə gətirilən video əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirir və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa kömək edən mesajlar çatdırır. Çarx həmçinin onların cəmiyyətin aktiv həyatında iştirak imkanlarına diqqət çəkir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2025.12.03 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla