Yuxarı

Qərbi Azərbaycan həyəcanı - Paşinyan açıqlama verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması barədə Azərbaycanın mövqeyi qətiləşdikcə, Ermənistanda panika dərinləşir.

Axar.az xəbər verir ki, xüsusilə Ter-Petrosyanın 23 iyul 1993-cü ildəki çıxışının yayılmasından sonra rəsmi Bakının bu məsələdə əlinin hüquqi baxımdan güclənməsindən erməni ictimaiyyəti narahatlıqlarını gizlətmirlər. Petrosyan azərbaycanlıların silah gücünə, terrorçu “Yerkrapa” qüvvələrinin də xüsusi canfəşanlığı ilə qovulduğunu təsdiqləyib və bu video-çıxış erməni faşizmini ifşa edən növbəti fakt olaraq qeydə alınıb. Azərbaycanın bu faktdan lazımınca istifadə edəcəyini anlayan ermənilər buna qarşı “B variantı” hazırlanmalı olduğu haqda hay-küy başladıblar.

Ermənistan Baş naziri Nikol Paşinyan bu mövzuda danışıb və erməni faşizmi barədə son üzə çıxan faktdan qaça bilmədiyini dolayısı ilə təsdiqləyib. Buna cavab olaraq isə “sülh gündəliyinə sonadək sadiq qalacaqları” “düstrunu” təklif edib.

Erməni politoloqların ciddi tənqidinə baxmayaraq, əslində Nikol Paşinyanın Ermənistanın əvvəlki 3 prezidentinin hazırda ifşa olunan əməllərindən hüquqi müstəvidə xilas olmağa can atdığı aydın görünür. Buna görə də o, “Qərbi Azərbaycan Qazaxda bitdiyi kimi, Qərbi Ermənistan da Armavirdə, Araz çayının yaxınlığında bitir” tezisini irəli sürüb. Belə görünür ki, Paşinyan “Qərbi Azərbaycan” anlayışını təhrif edərək, bunu Azərbaycanın torpaq iddiası kimi təqdim etməyə, buna qarşılıq olaraq isə özlərinin “Qərbi Ermənistan” deyə Türkiyəyə ərazi iddiasından əl çəkdiklərini göstərməyə çalışır. Guya hər ikisi təcavüz istəyidir – Ermənistan “Qərbi Ermənistan” iddiasından əl çəkir və Azərbaycan da “Qərbi Azərbaycan”dan imtina etməlidir.

Halbuki tarixi “Qərbi Azərbaycan” anlayışı Göyçə, Qərbi Zəngəzur, Dərələyəz kimi mahalların Azərbaycan Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tutmur, 1988-ci ilə qədər indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların geridönüşünü təsbit edir. Çünki Petrosyanın da etiraf etdiyi kimi, bu azərbaycanlılar öz torpaqlarından silah gücünə qovulublar və onları qovmaq üçün erməni terrorçular 216 mülki azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər.

Digər tərəfdən, Paşinyan siyasi-informativ manipulyasiya ilə guya qonşu ölkələrin ərazisinə iddia etmədiklərini bildirsə də, sürətlə silahlanır və Azərbaycanla sərhəddə bunkerlər, tunellər inşa edilir. O cümlədən, Ermənistanın müdafiə naziri Suren Papikyan 2014-cü ildə Qarabağ, Naxçıvan (Azərbaycan), “Qərbi Ermənistan” (Türkiyə) və Cavaxetiya (Gürcüstan) ərazilərinə iddia edən “bayraqlar simvolikası” paylaşımını öz sosial şəbəkə hesabında hələ də saxlamaqdadır. Qonşu ölkələrin ərazisinə iddia edən bir şəxsin Ermənistanda müdafiə naziri vəzifəsini tutması isə Paşinyanın hazırkı açıqlamalarının “özünüqoruma instikti” olduğunu sübut edir.

Yeri gəlmişkən qeyd edək ki, Nikol Paşinyanın özündən əvvəlki hökumət və dövlət başçılarından guya “daha konstruktiv” olması barədə fikirlər də illüziyadır. Paşinyanın Şuşada rəqsi, “Qarabağ Ermənistandır və nöqtə” sözləri hər kəsin xatirindədir. Paşinyanın “konstruktiv” deyil, işğal siyasətindən də qətiyyən əl çəkməyib, sadəcə, Ordumuz Paşinyanı işğal siyasətindən əl çəkməyə məcbur edib.

Tarix
2025.01.09 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Antonio Koşta İlham Əliyevə zəng etdi

Bakı və Ankara Suriyanın quruculuğunda birgə fəaliyyət göstərir

Ayxan Hacızadə Paşinyana cavab verdi

MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?

Bakı və İrəvan arasında saziş bu tarixdə imzalanacaq

Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat

Karasevin Bakıya dil uzatmasına Kremldən cavab

Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla