Yuxarı

Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi

27 dekabr tarixində 20 illik yubileyini qeyd edən Xalq Bank, müştərilərinə daha yüksək keyfiyyət və fərdi yanaşmaya əsaslanan xidmət təcrübəsi təqdim etmək məqsədilə yenilənmiş Fərdi bankçılıq ofisinin açılışını həyata keçirtdi. Bu, Bankın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində atdığı növbəti mühüm addımdır.

“Müştərilərimizin rahatlığı və yüksək səviyyəli bank xidmətlərindən yararlanması bizim üçün hər zaman prioritetdir. Bu ofis, premium xidmət standartları ilə müştəri ehtiyaclarına xüsusi diqqət yetirərək onların rahatlığı və peşəkar xidmətlə təmin edilmələrini ön planda tutur. Məqsədimiz fərdi yanaşma və müasir xidmətlərlə müştərilərimizin gözləntilərini qarşılamaq, onlara eksklüziv bank xidmətləri təqdim etməkdir”, - Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirib.

Ofisin konsepsiyasında rahatlıq və eksklüzivliyin bir araya gətirilməsinə maksimum diqqət yetirilmişdir. Burada müştərilərin rahatlığı üçün zövqlə dizayn edilmiş və müasir texnologiyalarla təchiz olunmuş xüsusi xidmət otaqları və zallar mövcuddur. Ofis bank xidmətlərinin təqdim edilməsi, özəl bank meneceri ilə işgüzar müzakirələr aparmaq üçün lazımi şəraitlə təmin edilib.

Fərdi bankçılıq ofisində müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri və peşəkar məsləhətlər, əmanət, plastik kart, kredit və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ fərdi bank xidmətləri təklif olunur.

Fərdi bankçılıq ofisi Bankın Bakı şəhəri, İnşaatçılar prospekti 22L ünvanında yerləşən Baş ofis inzibati binasında həftə içi 5 gün saat 9:00-dan 18:00-dək xidmət göstərəcək.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Tarix
2025.01.09 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla