Yuxarı

Arda izləyicisi ilə dalaşdı: “Səni tapsam...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arda izləyicisi ilə dalaşdı: “Səni tapsam...”

"Barselona"nın türk ulduzu Arda Turan İnstaqramda izləyicisinə əsəbiləşib.

Axar.az xəbər verir ki, Sərtaç Sarac adlı izləyicisi Arda Turanı tənqid edib. Futbolçuya "Sənə reklam çəkilişlərindən vaxt tapıb, futbolunu inkişaf etdirməyi tövsiyə edirəm. La Liqada "mövsümün ən pis 11-i"nə seçilərək ölkəmizi "qürurlandırdın". Həyat sənin üçün gözəldir, şouya davam", - yazan Sarac gözləmədiyi bir vəziyyətlə qarşılaşıb. Arda Turan izləyicisinə "Səni axtarıb tapacam, onda şou necə olur görəcəksən", - yazaraq cavab verib.

İzləyicisinin də Arda Turana cavabı gecikməyib: "Axtarıb tapmağına gərək yoxdur. Quldurluq edəcəksənsə, ünvanımı verim. Allahdan başqa heç kimdən qorxumuz yoxdur".

Qeyd edək ki, Arda Turan daha sonra yazışmanı silib. Onun izləyicisi ilə bu tonda danışması sosial şəbəkədə tənqid olunub.

Tarix
2016.05.11 / 15:27
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla