Yuxarı

Boks üzrə keçmiş dünya çempionu vəfat etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu amerikalı Corc Forman 76 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə onun yaxınları İnstaqram səhifəsindəki hesabında məlumat yayıblar.

"21 mart 2025-ci ildə yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən sevimli Corc Edvard Formanın vəfatını dərin hüznlə bildiririk. Dualarınıza görə minnətdarıq", - paylaşımda deyilir.

C.Forman 1949-cu ildə ABŞ-da anadan olub, 1969-77-ci illərdə və 1987-97-ci illərdə ağır çəki dərəcəsində yarışıb. Amerikalı Dünya Boks Şurasının (WBC), Ümumdünya Boks Assosiasiyasının (WBA), Beynəlxalq Boks Federasiyasının (IBF) və Ümumdünya Boks Təşkilatının (WBO) çempionu olub. O, iki dəfə "The Ring" jurnalı tərəfindən "İlin boksçusu" mükafatına layiq görülüb (1973, 1976). 1994-cü ildə 45 yaşında boks tarixində ən yaşlı dünya çempionu olub, 2010-cu ildə WBA və IBF titullarını qazanıb, bu rekordu həmyerlisi Bernard Hopkins qırsa da, Forman ən yaşlı ağır çəki çempionu olaraq qalıb.

Məhəmməd Əli və Corc Forman arasında birincinin qələbəsi ilə 1974-cü ildə baş tutan görüş boks tarixinin ən maraqlı qarşılaşmalarından biridir.

1968-ci il Olimpiya Oyunlarında da qızıl medal qazanıb. Ümumilikdə, Forman peşəkar rinqdə 81 döyüş keçirib, onlardan 76-da qalib gəlib (68-i nokautla), beşində isə uduzub.

Tarix
2025.03.22 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla