Yuxarı

“Traktor”dan əzmkar qələbə - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Traktor”dan əzmkar qələbə - Video

Futbol üzrə İran çempionatının 25-ci turu çərçivəsində Güney Azərbaycan təmsilçisi “Traktor” növbəti qələbəsini qazanıb.

Axar.az xəbər verir ki, görüş Təbrizin “Səhənd” stadionunda keçirilib. “Traktor” doğma azarkeşlər önündə Tehranın “İstiqlal” klubunu qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın hər iki qoluna Əmirhüseyn Hüseynzadə imza atıb. O, matçın 24-cü və 37-ci dəqiqələrində fərqlənib.

Bu qələbə sayəsində “Traktor” xallarının sayını 54-ə çatdıraraq, turnir cədvəlində liderliyini möhkəmləndirib. Komandanın ən yaxın izləyicisi “Sepahan” isə 49 xalla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, İran çempionatının cari mövsümünün başa çatmasına cəmi 6 tur qalıb.

Təbriz təmsilçisinin qələbəsi Güney Azərbaycanda böyük sevinclə qarşılanıb. Azarkeşlər stadionda Azərbaycan və Türkiyə bayraqları ilə “Traktor”a dəstək nümayiş etdirib, oyundan sonra isə milli şüarlar səsləndiriblər.

Tarix
2025.04.05 / 14:38
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev “Avaza” Kompleksinə gəldi - Foto

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla