Yuxarı

Bakı trası ən son standartlara uyğun olacaq - Tilke

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası digər şəhər treklərindən fərqlənir. Bu tras digər şəhər trekləri ilə müqayisə olunmazdır.

Axar.az xəbər verir ki, bu sözləri iyunun 15-də Formula-1 Avropa Qran-prisinin Bakı treki layihəsinin müəllifi Herman Tilke deyib.

Almaniyalı mütəxəssis bildirib ki, trekin birinci döngəsi çox mürəkkəbdir. Düz xətt boyunca 2 kilometr hərəkət edən bolidlərin sürəti saatda 340 kilometrə çatacaq. Bu sürətlə kəskin döngəyə girmək çətindir. Trekin İçərişəhər hissəsi–Qoşa qala qapı meydanı istiqamətində bolidlər ensiz yol ilə qalxacaqlar. Trekin bu hissəsi də unikaldır. Ensiz trek boyu bolidlərin hərəkəti mürəkkəb olacaq. Daha sonra bolidlər Azneft meydanına doğru hərəkət edib Dənizkənarı Milli Park boyunca maksimum sürətə çatacaqlar.

Bakı Şəhər Halqasına oxşar digər ikinci trekin olmadığını bildirən Herman Tilke deyib: "Hazırlıq işləri başa çatmaq üzrədir. Bütün işlər plana uyğun aparılır. Yalnız hasarlama işləri qalır ki, bu da bir gecəyə həll olunacaq. Bakı şəhər treki Beynəlxalq Avtomobil Federasiyasının ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq təhvil veriləcək. Bu standartlar beynəlxalq təhlükəsizlik qaydalarına tam cavab verir.

Tarix
2016.06.15 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla