Yuxarı

Bəzi banklar birləşməlidir – Təklif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi banklar birləşməlidir – Təklif

Bankların bağlanmasının başlıca səbəbi onların maliyyə mötəbərliyi və adekvatlığını itirməsinə görə defolt vəziyyətinə düşmələridir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu bir sıra bankların bağlanmasına münasibət bildirərkən deyib. Ekspert hesab edir ki, bankları bundan sonra daha ciddi sınaqlar gözləyir:

"Bankların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznes və ev təsərrüfatlarının durumundan asılıdır. Hesab edirəm ki, bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısıdır. Prosesin ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamlar, qaynar xətlərin yaradlmasını tələb edir. Əks təqdirdə banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çətin olacaq. Fikrimcə, bankların kapitalının təmərküzləşməsi və onların konsolidaliyası davam etməlidir. Bu isə hələ bir neçə bankın birləşməsi və bağlanmasını zəruri edəcək".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu bankların bağlanması ilə bağlı qərarın yalnız Palataya aid olmadığını, Maliyyə Nazirliyi və Mərkəzi Bankın da qərarın qəbulunda iştirak etdiyini bugünkü mətbuat konfransında açıqlayıb.

Tarix
2016.07.22 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla