Yuxarı

Gələn il sosialyönlü xərclər 48 faiz çox olacaq - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn il sosialyönlü xərclər 48 faiz çox olacaq - Nazir

Gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, örtamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni, cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artıb. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.

Tarix
2025.11.19 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Möminə xatun türbəsində bərpa işləri ilə tanış oldu

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu

"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu

İlham Əliyev AzTV-yə müsahibə verdi

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində

Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

Prezident Naxçıvanda yeni avtobuslara baxdı

Prezident Naxçıvan Sənaye Parkının təməlini qoydu - Foto

İlham Əliyev bu stansiyalardakı işlərlə tanış oldu

İlham Əliyev və xanımı Heydər Əliyev abidəsini ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla