Yuxarı

Şahbazov OPEK-in iclasına iştirak etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahbazov OPEK-in iclasına iştirak etdi

Azərbaycanın energetika naziri Pərviz Şahbazov onlayn formatda keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasında iştirak edib.

Energetika Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iclasda gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb. OPEK Katibliyi tərəfindən hazırlanmış və Əməkdaşlıq Bəyannaməsi ölkələrində 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC) qiymətləndirilməsi mexanizmi təsdiqlənib. Həmçinin OPEK Katibliyinə 2019-cu il 2 iyul tarixində imzalanmış Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün plan hazırlamaq və bu planı növbəti nazirlər görüşündə təqdim etmək tapşırılıb.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 41-ci iclasının gələn ilin 7 iyun tarixində keçirilməsi razılaşdırılıb.

Tarix
2025.11.30 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla