Yuxarı

"Blumberq" Azərbaycanı misal göstərdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının 2/3-ni milli valyutanın məzənnəsinin stabilliyinə sərf edib. Misir üzən məzənnə rejiminə keçən sonuncu inkişaf etməkdə olan ölkə olub.

APA xəbər verir ki, bu barədə "Blumberq" agentliyi yazır.

Yerli tənzimləyicinin müvafiq qərarı ilə "üzməyə" buraxılan Misir funtu öncə 46% devalvasiyaya uğrayıb. Bu addımın nə dərəcədə effektiv olduğunu araşdırmağa çalışan agentlik analoji tədbir görən ölkələrin praktikasına müraciət edib.

"Blumberq"in misal olaraq gətirdiyi ölkələr arasında Azərbaycan da var. Müəllif yazır ki, manat ötən ilin dekabrın 21-də kəskin devalvasiyaya uğrayıb: "Bunadək Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının 2/3-ni milli valyutanın məzənnəsinin stabilliyinə sərf edib. Həmin dövrdən manat 39% ucuzlaşıb. Hökumət manatın məzənnəsini sabit saxlamaq üçün müvafiq addımlar atıb. Banklara dolların satışına məhdudiyyətin qoyulması atılan addımlardan biri idi. Keçirilən intervensiyalarla milli valyutanın məzənnəsini bir qədər sabitləşdirmək mümkün olub".

Agentlik "Standard & Poor`s Global Ratings"ə istinadən yazır ki, hazırda yerli banklarda yerləşdirilən əmanətlərin 80%-i dollardadır.

Rusiyanın praktikasına toxunan "Blumberq" qeyd edir ki, şimal qonşumuzun Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina 2014-cü ilin noyabr ayından etibarən valyuta intervensiyalarından imtina edib. Buna səbəb ölkəyə qarşı sanksiyaların tətbiq olunması və neftin kəskin ucuzlaşmasıdır. Buna baxmayaraq, rubl bu il möhkəmlənib. "Tənzimləyicinin atdığı addımlar nəticəsində inflyasiya səngiyib, kapital axını azalıb. Bunun nəticəsidir ki, Elvira Nabiullina Avropanın Mərkəzi Bank rəhbərləri arasında öz layiqli yerini tutub. Ölkə əhalisinin 60%-i öz əmanətlərini rublda saxlayır".

Qazaxıstana gəlincə, agentlik yazır ki, bu ölkənin Mərkəzi Bankı 2015-ci ilin avqustun 20-də təngəni 42% ucuzlaşdırıb: "Ölkənin Mərkəzi Bankı volatilliyi səngitmək üçün 1,7 mlrd. dollar və ya ehtiyatlarının 6%-ni xərcləyib. Bir il sonra təngə stabilləşib, valyuta ehtiyatları isə 13% artaraq 31 mlrd. dollara çatıb".

Tarix
2016.11.05 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla