Yuxarı

SOCAR prezidenti Bob Dadli ilə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi Beynəlxalq neft-qaz sərgi konfrasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, dünyanın böyük neft və qaz şirkətlərinin iştirak etdiyi forum çərçivəsində SOCAR-ın prezidenti bir sıra ikitərəfli görüşlər keçirib.

BP şirkətinin prezidenti Bob Dadli ilə görüşdə BP-nin Azərbaycanda həyata keçirilən ən böyük layihələrdə SOCAR-ın etibarlı tərəfdaşı olduğu qeyd edilib, ''AÇG'' yatağında uğurlu birgə fəaliyyətin aspektləri müzakirə olunub. İki şirkət arasında Azərbaycanda və xaricdə birgə layihələr üzrə biznesin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Total şirkətinin prezidenti Patrik Puyyane ilə görüşən SOCAR prezidenti Rövnəq Abdullayev Totalın Azərbaycanda uğurlu fəaliyyət tarixçəsindən danışmış, əməkdaşlığın hazırkı durumu dəyərləndirilib . Görüşdə ''Abşeron'' layihəsinin investisiya fazasına keçməsi, iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Statoil şirkətinin prezidenti Eldar Setre ilə görüşdə dünya neft-qaz bazarında baş verən yeniliklər fonunda ''AÇG'' layihəsinin inkişafı, ''Qarabağ'' yatağı üzrə əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycanda həyata keçirilən layihələrdə Statoil şirkətinin iştirak imkanları, investisiya perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

Rövnəq Abdullayev Abu-Dabi səfəri çərçivəsində ExxonMobil şirkətinin prezidenti Reks Tillersonla da görüş keçirib. ExxonMobil şirkətinin rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirib, SOCAR-ExxonMobile əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını söyləyib.

Tarix
2016.11.07 / 23:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla