Yuxarı

Bakıda azad ticarət zonası yaradılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 2017-ci ilin birinci yarısında "Yeni Dəniz Ticarət Limanı" QSC-nin (Bakı limanı) tərkibində azad ticarət zonası işə başlaya bilər.

Report xəbər verir ki, bunu Bakı limanının baş direktoru Taleh Ziyadov bildirib. Onun sözlərinə görə, liman ərazisində tikinti işlərinin isə 2017-ci ilin sonunda yekunlaşması nəzərdə tutulub.

"Hazırda əsas iş "ro-ro" və quru yük terminalı üzərində gedir. 2017-ci ilin ilk yarısında burada azad ticarət zonasının işə başlaması aktual ola bilər", - deyə T.Ziyadov əlavə edib.

Qeyd edək ki, liman ərazisində azad ticarət zonasında müxtəlif sənaye sahələri, xüsusən də yüngül sənayenin müxtəlif seqmentlərini əhatə edəcək sahələrin yaradılması planlaşdırılır.

İlk olaraq zonada anbarlar və əlavə dəyər yaradacaq sahələr olacaq. T.Ziyadov qeyd edib ki, növbəti mərhələdə əczaçılıq, neft-kimya, yüngül sənaye, kiçik istehsalat sahələrinin yaradılması nəzərdə tutulub: "Bu sahələrlə təkcə Azərbaycan üçün deyil, regional miqyasda, yəni məhz Avrasiyada paylama şəbəkəsi yaratmaq üçün böyük şirkətlərin cəlb olunması nəzərdə tutulub".

Azad ticarət zonasının hüquqi əsasının yaradılması ilə bağlı işlərin gedişi barədə məlumat verən T.Ziyadov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu proses mart ayından davam edir: "Bu ilin sentyabrında Dubayın "DP World" şirkəti ilə bu istiqamətdə müqavilə imzalanıb. Hazırda azad ticarət zonasının hüquqi rejimi və texniki-iqtisadi əsaslandırması hazırlanır. Bu ilin sonuna qədər müvafiq sənədləri hökumətə təqdim etməyi planlaşdırırıq. Gələn ilin ilk iki ayında isə azad ticarət zonasının Baş (master) Planı hazır olacaq".

Tarix
2016.11.21 / 14:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla