Yuxarı

Bankların inkişafı üçün son üç il...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2017-2020-ci illər üzrə sosial-iqtisadi inkişafın ortamüddətli prioritetləri açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində qeyd olunub ki, ortamüddətli dövrdə bank sisteminin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılacaq. Sənəddə bildirilib ki, növbəti illərdə iqtisadiyyatın real sektoruna kredit qoyuluşlarının optimal səviyyədə həyata keçirilməsinin, habelə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinin vacibliyi nəzərə alınaraq, real sektor təmsilçiləri və banklar arasında əlverişli işgüzar mühitin formalaşdırılması, eləcə də banklar tərəfindən müvafiq layihələrin maliyyələşdirilməsi məsələləri diqqətdə saxlanılacaq.

"Göstərilənlərlə yanaşı, bank sisteminin sağlamlaşdırılması, bankların restrukturizasiyası mexanizmlərinin hüquqi çərçivəsinin yaradılması, banklara uzunmüddətli likvidlik dəstəyinin təmin edilməsi, bankların institusional və risk idarəetməsi potensialının gücləndirilməsi, bankların maliyyə hesabatlığının şəffaflığının təmin edilməsi, maliyyə sisteminə dəstəkverici hüquqi çərçivəsinin gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

Ödəniş sistemlərinin inkişaf etdirilməsi, elektron ödəniş sistemlərindən daha fəal istifadə olunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi istiqamətində işlər davam etdiriləcək, əmanətçilərin və bank kreditorlarının maraqlarının müdafiəsinin gücləndirilməsi təmin ediləcək.

Tarix
2016.11.21 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla