Yuxarı

Dollar yenə bahalaşdı – Sunami həyəcanı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dollar dünyanın əksər valyutalarına nisbətdə bahalaşmaqda davam edib.

Axar.az xəbər verir ki, ABŞ-ın əsas ticarət tərəfdaşı olan 6 ölkənin milli valyutasına nisbətdə dollar 0,12 faiz bahalaşıb. Artım yapon yenində də özünü göstərib və dollar 110,82 yendən 111,02 yenə qalxıb.

Avro isə 1,0629 dollardan 1,0618 dollara enib.

Dolların bahalaşması Donald Trampın prezident seçkisində qələbəsi ilə izah edilir. İnvestorlar Trampın iqtisadi siyasətinin büdcə xərclərini azaldacağını və inflyasiyanı aşağı salacağını düşünür.

"Röyter" yenin ucuzlaşma səbəblərindən biri kimi bu gün səhər saatlarında Yaponiyada baş verən 7,3 bal gücündəki güclü zəlzələni göstərib. Yaponiya rəsmiləri 3 metr hündürlüyündə sunami xəbərdarlığı edib.

İqtisadçılar isə zəlzələnin dolların güclənməsinə təsirini istisna ediblər. Onların fikrincə, dolları bahalaşdıran səbəb makroiqtisadi vəziyyətdir.

Qeyd edək ki, neftin bahalaşması səbəbindən Rusiyada dolların kursu 0,32 rubl ucuzlaşıb və hazırda 63,61 rubla satılır.

Tarix
2016.11.22 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla