Yuxarı

Dollar niyə bahalaşır – Ciddi mesajlar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dollar əsas dünya valyutalarına qarşı bahalaşmaqdadır.

APA-nın məlumatına görə, Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FES) noyabr ayında keçirilən iclasının protokolunda növbəti toplantıda uçot dərəcəsinin artırılmasına dair ciddi mesajlar verilib.

Bugünkü ticarət sessiyasının açılışında avronun məzənnəsi 1,0546 dollara enib. Halbuki, ötən gün Avrozonanın vahid valyutası 1,0553 dollar səviyyəsində ticarət olunub.

Ötən gün 112,52 dollar olan Yaponiya yeninin məzənnəsi 112,72 dollaradək möhkəmlənib. Yeri gəlmişkən, avro da yenə qarşı möhkəmlənməkdədir. Belə ki, Avrozonanın valyutası 118,74 yendən 118,84 yenədək bahalaşıb.

Noyabr iclasının protokolunda qeyd edilib ki, FES rəhbərliyi uçot dərəcəsinin artırılmasına dair aktiv müzakirələr aparıb və dolların "ən yaxın vaxtda bahalaşdırılmasını" məqbul hesab ediblər. FES-in iclaslarında səsvermə hüququna sahib olan şəxslər uçot dərəcəsinin dekabrda artırılmasını daha məqsədəuyğun sayır.

Bazar iştirakçıları hesab edir ki, yuxarıda qeyd olunanlar FES-in dekabr ayının 13-14-də keçiriləcək iclasında uçot dərəcəsinin artırılmasını qaçılmaz edir.

Treyderlər dekabr toplantısında uçot dərəcəsinin artırılması ehtimalını 100% səviyyəsində qiymətləndirir.

Tarix
2016.11.24 / 14:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla