Yuxarı

Strateji yol xəritələri: Bu islahatlar nələrə imkan yaradır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı ölkə iqtisadiyyatının inkişafı ilə bağlı yeni strateji məqsədlərə xidmət edir. Bu baxımdan Azərbaycan iqtisadiyyatının son illərdəki sürətli inkişafı və aparılan iqtisadi islahatlar əhəmiyyətli irəliləyişlərə imkan yaradıb.

Bu fikirləri AzərTac-a Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin dekanı Hikmət Məmmədov “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı öz fikirlərini bölüşərək bildirib.

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da gücləndirilməsini zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin” təsdiq edilməsi haqqında Fərman imzalayıb. Sözügedən Fərmandan irəli gələrək işçi qrupları yaradılıb, yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar bu layihələrə cəlb olunublar. Fərmanla yerinə yetiriləcək işlər sırasına 12 sektordan ibarət yol xəritələrindən birinin “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması daxildir.

Strateji Yol Xəritəsinin uzun bir müddəti əhatə etdiyi üçün mənzil tikintisində binanın dəyərinə təsir göstərən amillər nəzərə alınmalıdır. Yəni mənzillərin dəyəri mənzilə ehtiyacı olan əhalinin böyük bir hissəsinin imkanlarına uyğun qiymətə olmalıdır.

Hesab edirəm ki, binanın şəhər ərazisinin hansı hissəsində tikilməsi, tikinti aparılan sahənin tikintiyə nə dərəcədə yararlı olması, qruntun keyfiyyəti, yeraltı suların səviyyəsi, su, qaz, kanalizasiya xətlərindən olan məsafələr, binanın ölçüləri, mərtəbələrin, blokların, mənzillərin sayı və rahatlılığı, istiliyin və isti suyun mərkəzləşdirilmiş (qazanxanadan və ya mənzil kombi sistemlərindən) binaya verilməsi mənzillərin qiymətinə birbaşa təsir göstərən amillərdəndir.

Mənzillərin dəyəri, həmçinin binanın İKT ilə təminatından, istifadə edilən inşaat materiallarının yerli olmasından, mühəndis- kommunikasiya sistemlərinin binada və mənzillərdə yerləşdirilməsindən, tikintidə istifadə olunan maşın-mexanizmlərdən, həyətyanı sahə və onun abadlaşdırılmasından, binada aparılan izolyasiya işlərindən, mənzillərin sahələrindən, tikinti işlərinin yerinə yetirilməsi texnologiyasından, istifadə olunan inşaat materiallarının istiliyi, soyuğu və səsi pis keçirməsindən, yanğından mühafizə və təxliyə tədbirlərinin nəzərə alınmasından, fərdi və sərnişin nəqliyyatı məsələləri təminatından da çox asılıdır.

Hikmət Məmmədov hesab edir ki, mənzil tikintisində maksimum dərəcədə yerli inşaat materiallarından və işçi qüvvəsindən, həmçinin müasir tikinti texnologiyalarından istifadə edilməsi qarşıya qoyulan məqsədə çatmağa xidmət edəcək. Eyni zamanda, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün sərfəli ipoteka kreditlərindən də yararlanmaq mümkündür.

Tarix
2016.12.10 / 18:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla