Yuxarı

Marjanın ləğvi qara bazarı sıradan çıxarır – Ekspertlər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın 4 faizlik marjanı ləğv etməsi o deməkdir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, MB bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7,5 milyard manatlıq transferlərinə baxmayaraq, manatın məzənnəsini qorumaq çətin olacaq:

“Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunacağı güman edilirdi. Görünür, bu, daha tez baş verə bilər. Ancaq məncə, qısa zamanda liberal məzənnəyə keçid arzu olunan deyil”.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, marja ləğvinin üstünlüyü qara bazarın aradan qaldırılması olacaq:

“Marjanın ləğvindən sonra banklar dolları istədikləri qiymətə alıb-satacaqlar. Bahalı neft dövründə banklar çox kiçik gəlir tətbiq etməklə dollar alğı-satqısı edirdilər. Həmin dövrdə marja daha aşağı həddə - 2% idi. Marja 4%-ə qalxanda bankların dollar satışına marağı artıq azalmışdı. Ancaq hesab edirəm ki, MB-nin öz valyuta ehtiyatlarına güvənib, marjanı artırmadan onu birbaşa ləğv etməsi riskli addımdır. Bu addım özünü dollar bolluğu şəraitində doğruldur”.

Qeyd edək ki, Mərkəzi Bank rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv edib.

Tarix
2017.01.14 / 09:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla