Yuxarı

Qazaxıstan sanksiyalardan çıxış yolunu Azərbaycanda görür

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Avropa Birliyinin Rusiyaya sanksiya tətbiq edəcəyi təqdirdə öz neftini ixrac etmək üçün əlavə marşrutlar axtarır.

"Axar.az" xəbər verir ki, bu barədə Qazaxıstan neft-qaz naziri Uzakbay Karabalin məlumat verib.

Qazaxıstan hər il ixrac etdiyi neftin 30 faizini (təxminən 22 milyon ton) Rusiya vasitəsilə ötürür.

Karabalin qeyd edib ki, nazirlik neftin tranziti ilə bağlı müxtəlif variantlar üzərində işləyir.

"Müxtəlif variantları nəzərdən keçiririk. Bu, Xəzər dənizi və Azərbaycan vasitəsilə Qara dənizə çıxış yoludur. Çünki Batumidə Qazaxıstan terminalı var", - deyə nazir bildirib.

Nazirlik, həmçinin, Özbəkistan və Türkmənistan vasitəsilə İrana da çıxmağı düşünür. Hərçənd, İran Qərbin ağır sanksiyaları altındadır və bu sanksiyaların götürüləcəyi ehtimalı da azdır.

Tarix
2014.04.08 / 00:13
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla