Yuxarı

Azərbaycan və Çexiya memorandum imzaladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Çexiya arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üçün zəruri prosedurlar artıq yekunlaşmaq üzrədir.

Energetika Nazirliyindən Axar.az-a bildirilib ki, bu barədə Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə nazirlikdə keçirilən görüşdə danışılıb.

Energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı və bu əməkdaşlığın genişləndirilməsi üçün zəruri tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Y.Mladek ölkəsinin enerji təchizatında mühüm mövqeyə malik Azərbaycanın enerji daşıyıcılarının şaxələndirilməsində strateji tərəfdaş olduğunu deyib. Çexiyanın neftə olan tələbatının mühüm bir hissəsinin Azərbaycan hesabına təmin edildiyini qeyd edən nazir enerji sahəsində gələcək əməkdaşlığı təmin edəcək istiqamətlər barədə danışıb.

Bildirib ki, Çexiya Azərbaycanda xam neft, təbii qaz, elektrik enerjisi, neft-kimya sənayesində yeni obyektlərin tikintisi və yenidən qurulmasında, “Kralupi” neftayırma zavodunun xam neftlə təchizatında, alternativ və bərpa olunan enerji mənbələri və texnologiyaları, eləcə də tullantıların utilizasiyası sahəsində əməkdaşlıqda maraqlıdır.

Y.Mladek Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirdiklərini və gələcəkdə Azərbaycanın qaz boru kəmərləri ilə qaz təchizatı imkanlarını dəyərləndirdiklərini də diqqətə çatdırıb.

Energetika nazirinin müavini Gülməmməd Cavadov isə Azərbaycanın ikitərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayaraq deyib ki, sadalanan istiqamətlər üzrə nəticə əldə edilməsi üçün iki ölkənin müvafiq qurumları arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması vacibdir.

Bildirib ki, sənədin imzalanması üçün zəruri prosedurlar artıq yekunlaşmaq üzrədir.

Tarix
2017.01.18 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla