Yuxarı

Bu, heç bir başqa ölkədə yoxdur - Prezident

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-neft sektorunun inkişafı prioritet sahədir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

"Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər iş adamlarına 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır. 2017-ci ilin ilin ilk iki ayında qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb", - İlham Əliyev qeyd edib.

Prezident vurğulayıb ki, Azərbaycanda fermerlər üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. 2016-cı ildə Azərbaycanda tütünçülük və baramaçılıqda ciddi dönüş yaranıb. Üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı artır.

"Qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı əsas vəzifədir", - İlham Əliyev qeyd edib.

Tarix
2017.03.29 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla