Yuxarı

İtaliya Azərbaycana nou-hau ixrac edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Azərbaycana bio və nanotexnologiyalar ixrac etməyə hazırdır.

Bunu Trend-ə müsahibəsində İtaliyanın Azərbaycandakı səfirliyinin ticarət mübadiləsinin inkişafı şöbəsinin keçmiş direktoru Luici d’Aprea deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatındakı böhrana baxmayaraq, italyan şirkətlərinin Azərbaycana marağı azalmır: “Mən bu il Azərbaycanda iqtisadi missiyalarda iştirak etmək istəyən italyan şirkətləri tərəfindən ötən illə eyni səviyyədə müraciət almışam. Bu italyan şirkətləri ilə bağlı onu deyə bilərəm ki, biz Azərbaycanla işləməyi davam etdirəcəyik. Çünki biz müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıqda maraqlıyıq”.

O qeyd edib ki, yaxın illərdə İtaliya ilə Azərbaycanı bir-birinə qaz kəmərləri bağlayacaq. Bu isə ölkələr arasında enerji sahəsində əməkdaşlığı daha da möhkəmləndirəcək. Eyni zamanda, bu ölkələrin digər sahələrdə də əməkdaşlığının inkişafı üçün böyük imkanlar var: “Hamı İtaliyanı moda və gözəl mətbəx ölkəsi kimi tanıyır. Amma qeyd etmək istəyirəm ki, biz müxtəlif texnologiyaların istehsalını da inkişaf etdiririk. Bu gün biz bio və nantexnologiyalarımızla məşhuruq və bu nou-hauları Azərbaycana ixrac etməyə hazırıq. Azərbaycan məhsullarına gəldikdə isə, bilirəm ki, bugünkü gün Azərbaycan öz məhsulunu “Made in Azerbaijan” brendi altında tanıtmağa çalışır. Qeyd etmək istəyirəm ki, Azərbaycanın bunun üçün böyük potensialı var. Mən xüsusilə kosmetika məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan şirkətlərini vurğulamaq istəyirəm. Onlar İtaliya bazarına çıxmağa cəhd etməlidirlər”.

Luici d’Aprea bildirib ki, İtaliya həmçinin Azərbaycanın qida sənayesinə maraq göstərir: “İtalyanların xüsusilə mətbəxlə bağlı yaxşı zövqü var, Azərbaycan mətbəxi isə çox maraqlıdır. Ölkələrimiz arasında kənd təsərrüfatı məhsulları ticarətini inkişaf etdirmək üçün yaxşı imkanlar var”

Tarix
2017.04.22 / 09:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla