Yuxarı

Eks-nazir bütün ekspertlərə və MM-ə qarşı: Dəstəkləmirəm

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valyutadəyişmə məntəqələrinin bağlanmasının hər zaman tərəfdarı olmuşam və bu məntəqələrə bir növ qara bazarın münbit platforması kimi baxmışam.

Axar.az xəbər verir ki, bu sözləri Ağyol.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. O bildirib ki, hazırda bu yöndə təşəbbüsü dəstəkləmir:

“Əksinə, hesab edirəm ki, manatın üzən məzənnəyə keçdiyi və valyuta alqı-satqısı zamanı marjanın ləğv olunduğu indiki dönəmdə valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına heç ehtiyac yoxdur. Baxın, artıq bir neçə müddətdir ki, valyuta məntəqələri fəaliyyət göstərmir və banklar praktik olaraq həmin vəzifəni uğurla icra edirlər”.

Qeyd edək ki, Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq. başqa sözlə, yaxınzamanlarda valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək.

2016-cı ildə dolların satış və alış kursundakı manipulyasiyalara görə valyutadəyişmə məntəqələri qapadılmışdı. Hazırda Milli Məclisin bu qərarı İslam Oyunları ərəfəsində böyük turist axını gözləyən Azərbaycan üçün doğru qərar hesab edilir. Ölkəmizin bütün ekspertləri bu qərarı dəstəklədiklərini açıqlayıblar.

Tarix
2017.04.25 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla