Yuxarı

“Unibank”dan korporativ müştərilər üçün internet bankçılığı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Unibank”ın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar banka gəlmədən büdcə ödənişlərini və hesablaşma əməliyyatlarını apara biləcəklər.

Şirkətdən Axar.az-a verilən məlumata görə, yenilənmiş İnternet bankinq xidməti biznes sahiblərinə istədikləri vaxt və istənilən yerdə, təhlükəsiz, cəmi bir neçə dəqiqə ərzində bank əməliyyatlarını aparmağa, biznesləri ilə bağlı sərəncam verməyə imkan yaradır.

Yenilənmiş internet bankinqdə hansı təkmilləşdirmələr aparılıb?

- Ölkədaxili və bankdaxili əməliyyatlar daha çoximkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb;

- Büdcə ödənişləri (DSMF/Vergi/Gömrük və digər) bölümü yeni dizaynda və istifadəsi daha asan olub;

- "Azərsell bölümü"- şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilməklə yanaşı, asanlaşdırılıb;

-Maaş Köçürmələri bölümünə yeni imkanlar əlavə edilib;

- Avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb;

- Ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.

Necə qeydiyyatdan keçmək olar?

İndi “Unibank”ın İnternet bankinqində qeydiyyat prosesi xeyli asanlaşıb. Xidmətə qoşulmaq daha sadə və daha təhlükəsiz olub.

Hüquqi şəxslər və fərdi sahibkarlar xidmətə indi təkcə Google Authenticator-la deyil, ASAN İmza vasitəsi ilə də qoşula bilərlər. Hər iki xidmətlə qoşulmaq müştəriyə sistemə daxil olmaqla bütün sənədləri imzalamaq hüququ verir.

Niyə məhz “Unibank”ın internet bankinq xidmətini seçməlisiniz?

Pulsuzdur:

- "Unibank"da internet- bankinq sifarişi və qoşulmaq pulsuzdur.

Bütün növ köçürmələr mümkündür:

- “Unibank”ın internet-bankinq xidməti müştərinin bir filialdakı vəsaitini digər filialdakı hesaba köçürməyi, eləcə də bir filialdakı müxtəlif hesablar arasında konvertasiya əməliyyatını, milli valyutada vəsaitin ölkə daxilində banklararası köçürülməsini, eləcə də ölkə xarici köçürmələri mümkün edir.

Məlumatlandırır:

- Müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi və hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi mümkündür.

Hamı üçündür:

- “Unibank”ın internet-bankinq xidmətindən korporativ müştərilərlə yanaşı, fərdi sahibkarlar da istifadə edə bilərlər.

Təhlükəsizdir:

- Müasir və son dərəcə yüksək texnologiyalar əsasında qurulmuş İnternet bankinq aparılan bank əməliyyatlarının təhlükəsizliyinə və məxfiliyinə tam təminat verir.

Tarix
2017.07.04 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla