Yuxarı

Rövnəq Abdullayev IBM-nin nümayəndələri ilə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın prezidenti Rövnəq Abdullayev IBM şirkətinin nümayəndə heyətini qəbul edib.

SOCAR-ın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, R.Abdullayev Azərbaycanda həyata keçirilən irimiqyaslı enerji layihələrində innovativ texnologiyalara üstünlük verildiyini, neft-qaz əməliyyatlarında ən son texniki nailiyyətlərin tətbiq olunduğunu qeyd edib və bir neçə ay əvvəl SOCAR və IBM arasında bu istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlığın qurulduğunu bildirib.

IBM şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Antonio Muttoni görüş üçün təşəkkürünü bildirərək qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı fenomenal yüksəliş dövrünü yaşayır. SOCAR - IBM əməkdaşlığı Azərbaycanda yüksək texnologiyaların daha sürətlə inkişafına xidmət edəcək. SOCAR və IBM arasında Strateji Əməkdaşlıq Memorandumunun imzalanmasından ötən 3 ay ərzində görülən işlərin müzakirə olunduğu görüşdə qeyd edilib ki, Memorandum IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiya, neft hasilatında süni intellekt əsasında Watson əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili sahələrində elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutur.

SOCAR ilə əməkdaşlığı yüksək qiymətləndirən IBM şirkətinin vitse-prezidenti və Avropa üzrə kimya və neft sənayesi üzrə rəhbəri Rac Raiçura görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat vermiş, əməkdaşlığın yol xəritəsinə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, IBM- SOCAR-ın və özünün neft-qaz sahəsindəki zəngin təcrübələrinə əsaslanaraq Xəzər hövzəsi ölkələrində fəaliyyətini genişləndirmək niyyətindədir. SOCAR-ın neft-qaz kəşfiyyatı və hasilatı sahəsində malik olduğu məlumatlar Watson və Big Data təhlillərində istifadə olunaraq, dünya neft sənayesi üçün yeni imkanlar açacaq. İstedadlı gənclərə IBM-in bütün müasir alət və metodlarından istifadə imkanı verməklə onların səriştə və istehsalat bacarıqlarını təkmilləşdirmək, biznes və proses xidmətlərinin robotlaşdırılması üzrə dünya praktikası ilə yaxından tanış olmaq, təcrübə mübadilələri və beynəlxalq səviyyəli karyera perspektivlərindən yararlanması üçün əlverişli şərait yaratmaq nəzərdə tutulur. SOCAR-IBM əməkdaşlığının region ölkələrindəki sürətlə inkişaf edən bazarlarda genişlənmək imkanı yaradacağı vurğulanıb. Bu tərəfdaşlığın həmçinin, dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcəyinə əminlik ifadə olunub.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Tarix
2017.07.18 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla