Yuxarı

Vergidən gizlədilmiş 13,5 milyon büdcəyə qaytarıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 9 ayında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları əsasında başlanmış 405 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 13 milyon 433,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Axar.az xəbər verir ki, bu məlumatlar, son dövrlər vergidən yayınma hallarının ümumi göstəriciləri ilə bağlı sorğumuza cavab olaraq Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin göndərdiyi hesabatda yer alıb. Mərkəzdən bildirib ki, 64 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə, onların icraatına xitam verilib:

“Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 14 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib. İbtidai istintaqdan yayınan 232 şəxsin məcburi qaydada gətirilməsi, 396 şəxsin tapılaraq istintaqa gəlmələri, 449 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 60 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub”.

Hesabatda qeyd olunur ki, Departamentin İstintaq idarəsində 334 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 80 iş əsasında 90 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Tarix
2017.10.11 / 21:38
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla