Yuxarı

Ən böyük investor olduğumuz ölkədə AZAL sonuncudur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan aviadaşımalar sahəsində lider statusunu Türk Hava Yolları əldə edib.

Axar.az xəbər verir ki, 2017-ci ilin yanvarından sentyabrına qədər THY bazarın 11%-ni öz nəzarəti altına almağı bacarıb.

Gürcüstan bazarında ikinci ən böyük aviaşirkət “Georgian Eyrveys” şirkəti olub. Yerli gürcü şirkəti ilk 9 ayın nəticələrinə əsasən bazarın 10%-ni əlinə ala bilib. Qonşu ölkənin aviabazarındakı aktivliyə görə ilk beşliyi Macarıstanın “Viz Eyr” (8%), Ukraynanın “Fly UİA” (7%) və Birləşmiş Ərəb Əmirliklərinin “Flay Dubay” (6%) şirkətləri tamamlayıb.

Rusiya aviaşirkətləri də Gürcüstan bazarında mühüm paya sahib olublar. Belə ki “Aeroflot” bazarın 5%-nə, S7 və “Ural Eyəlayn” bazarın 4%-nə nəzarəti əlinə alıb. Türkiyənin “Peqasus”, Qətərin “Qətər Eyrveys”, İsrailin “İsrail Eyəlayns”, “Eyr Arabia” və İranın “Taban Eyr” aviaşirkətlərinin hər biri 3% olmaqla bazarda paya sahibdirlər.

Gürcüstanda ən az bazar payına “Lufthanza”, “Atlasqlobal”, AZAL, “Eyr Astana”, “Belavia”, “Yaneyr”, “Zaqros Eyəlayns” və LOT sahib olub. Onların bu bazarda payı 2%-dir.

Qeyd edək ki, Azərbaycan Gürcüstanda ən böyük investor sayılır.

Tarix
2017.10.18 / 16:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla