Yuxarı

ABŞ-ın “Yüngül nefti” bazara necə təsir edəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birləşmiş Ştatlar yanacaq idxalını azaltdıqca Latın Amerikası, Afrika və Yaxın Şərqdən ABŞ-a satılan neft başqa bazarlara yönələcək".

Bunu Axar.az-a ABŞ Ticarət Nazirliyinin Texas ştatında fəaliyyət göstərən 2 neft şirkətinə yüngül neftin ixracına icazə verməsi və bunun dünya bazarındakı qiymətlərə təsir edib-etməyəcəyi məsələsini şərh edən neft-qaz məsələləri üzrə ekspert, iqtisadçı-jurnalist İlham Şaban bildirdi:

"Amerikada ixraca qadağa var idi. Son qərarla bu qadağa aradam qaldırıldı. Çünki ABŞ-da neft hasilatı da artmağa başlayıb. May ayına olan rəsmi məlumata görə, rəsmi Vaşinqton son 44 ildə ən yüksək həddə neft hasil edib. Sonuncu dəfə bu nəticə 1970-ci ildə qeydə alınmışdı. Hazırda ABŞ həm neft, həm də qaz hasilatında dünya lideridir. Bunun nəticəsində də ölkə idxalı azaltmağa başlayır. Çünki ölkədə olan neftayırma zavodlarının işləməsində heç bir problem yoxdur. Qaldı ixrac qadağasının aradan qaldırılması məsələsinə, hesab edirəm ki, bu qərar bazarda qiymətlərin dəyişməsinə təsir etməyəcək. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, ABŞ dünya lideridir. Neft istehsalına görə bu ölkə hər zaman öndə olub. Yalnız 2008-ci ildən sonra iqtisadiyyatın inkişaf tempinin aşağı düşməsi ilə əlaqədar olaraq Çin liderliyi ələ aldı. Amma hazırda ABŞ yenə birinciliyi geri qaytarıb. Birləşmiş Ştatlar yanacaq idxalını azaltdıqca Latın Amerikası, Afrika və Yaxın Şərqdən ABŞ-a satılan neft başqa bazarlara yönələcək. Bu isə digər bazarlarda yanacaq bolluğuna gətirib çıxaracaq".

Ekspert hesab edir ki, tezliklə əsas neft bazarları Avropadan Şərqə köçürüləcək:

"Burda başqa bir məsələ də var. BP-nin açıqladığı rəqəmlərə əsasən, 2035-ci ilə qədər ən böyük bazar Çin, Hindistan və inkişaf etməkdə olan ölkələrin bazarları olacaq. Digər tərəfdən də indiyə qədər ən böyük bazar olan Avropa bazarında idxalatda azalmalar olacaq. Bu, həm qənaətli texnologiyaların inkişafı, həm də bu zonada yerləşən hövzələrdə neftin miqdarının azalması ehtimalı ilə əlaqədardır. Məhz bu dünya bazarında bir balans yaradır. Yəni bir bazarda azalma, digərində isə artım hiss olunacaq. ABŞ-ın bu addımı qlobal bazara təsir etməsə də, lokal bazarlarda qiymətlərin ucuzlaşmasına təsir edəcək".

Xatırladaq ki, ABŞ Ticarət Nazirliyi Texas ştatında fəaliyyət göstərən "Pioneer Natural Resources" və "Enterprise Product Partners" şirkətlərinə yüngül neftin ixracına icazə verib. Bu qərar ABŞ-da şist neft yataqlarının işlənməsi və yüngül neft ehtiyatlarının artması ilə əlaqələndirilir. ABŞ-da xam neftin ixracına qadağa 1973-cü ildən tətbiq olunur. Bu qərarın verilməsinə səbəb isə o zaman ərəb ölkələrinin neftin Qərb ölkələrinə ixracına qoyduğu embarqo olub. Məlumata görə, ABŞ artıq avqust ayından başlayaraq neftin ixracına başlamaq niyyətindədir. Gündəlik ixrac olunacaq neftin həcminin 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Tarix
2014.06.25 / 17:36
Müəllif
Tural İbadov
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla