Yuxarı

Bu ölkənin İKT ixracından gəliri rekorda çatdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiyanın ən böyük 4-cü iqtisadiyyatına sahib olan Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları (İKT) mallarının ixracından gəliri oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq aylıq 18,01 milyard ABŞ dollarına çatıb. Bu, ölkənin İKT mallarının ixracından əldə etdiyi rekord məbləğdə gəlirdir. Cənubi Koreya İKT mallarının xarici bazarda satışı son 11 aydır davam edir.

Axar.az xəbər verir ki, ixracın artmasının əsas səbəbi xarici bazarda kompüter çiplərinə, ekran panellərinə, kompüterlərə və xüsusən də yarımkeçiricilərə olan tələbatın çoxalmasıdır. Belə ki, Cənubi Koreya xaricə oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 72,4 faiz çox, başqa sözlə 9,6 milyard dollarlıq yarımkeçirici satıb. Bu, sentyabrda qeydə alınan rekord göstəricidən (9 milyard dollar) çoxdur.

Maraqlı məqam isə dünyada əsas mobil telefon istehsalçılarından biri kimi tanınan Cənubi Koreyanın mobil telefon cihazları ixracının azalmasıdır. Belə ki, oktyabrda mobil telefon ixracı 27,8 faiz azalaraq 1,89 milyard dollar səviyyəsinə enib.

Tarix
2017.11.15 / 18:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla