Yuxarı

Mərkəzi Bank 3000 manat mükafat verəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı açıq müsabiqə keçirir.

Mərkəzi Bankdan Axar.az verilən məlumata görə, müsabiqə Hökumət Ödəniş Portalının yeni loqotipinin dizaynı üçün elan edilib.

Müsabiqdə sosial əhəmiyyətli dövlət resursuna çevrilmiş portalın media rekvizitlərinin uyğunlaşdırılması üçün loqotipinin əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur. Vergi, rüsum və digər büdcə ödənişlərinin bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalına ölkədə fəaliyyət göstərən kommunal xidməti təşkilatları ilə yanaşı, dövlət orqanları, stasionar telefon xidməti üzrə qurumlar və bir mobil telefon operatoru inteqrasiya olunub.

Portalın yeni loqotipinin dizaynının yaradılması üçün Mərkəzi Bank tərəfindən elan edilən beynəlxalq müsabiqə sentyabrın 30-dək davam edəcək və qalibə 3000 manat məbləğində pul mükafatı veriləcək.

Müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər və təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud dizaynların elementlərini təkrarlamayan nümunələr təqdim edilməlidir.

Təqdim olunan layihələr aşağıdakılardan ibarət olmalıdır:

- Layihənin ağ-qara həlli;

- Layihənin rəngli həlli;

- Layihənin qrafik versiyası (jpeg, *png (ölçüsü 18sm x 15sm olmaq şərti ilə);

- Layihənin vektor versiyası (eps, *ai, *cdr).

Təqdim olunan işlər 30 sentyabr 2014-cü il tarixinə kimi elektron formada həm [email protected] elektron poçt ünvanına, həm də vektor versiyasında (Adobe İllustrator, CorelDraw) CD-yə yazılaraq, rəngli çapı ilə birgə Bakı şəhəri, R.Behbudov 32, AZ1014 (Hökumət Ödəniş Portalı üçün) ünvanına göndərilməlidir. Qalib müəllif www.cbar.az saytında elan ediləcək və telefon vasitəsi ilə məlumatlandırılacaq. Sifarişçinin son iradları nəzərə alınmaqla məhsulun təhvil verilməsi üçün qaliblə müvafiq müqavilə bağlanılacaq və buna əsasən də nəzərdə tutulan mükafat ödəniləcək.

Tarix
2014.08.22 / 16:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla