Yuxarı

Medvedyev: “Kiyev təsdiq etsə, məhv olar”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Dmitri Medvedyev Ukrayna ilə AB arasında əməkdaşlıq müqaviləsinin tətbiq olunacağı təqdirdə Rusiyanın sərbəst ticarət razılaşmasını ləğv edəcəyini deyib.

Axar.az xəbər verir ki, Medvedyev güzəştə getməyəcəklərini bildirib:

"Üçtərəfli razılaşma AB və ya Ukrayna tərəfindən pozularsa, Rusiya öz iqtisadiyyatını qorumaq üçün cavab addımı atacaq. Bura Ukrayna ilə güzəştli ticarət razılaşması da daxildir".

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkənin iqtisadiyyatını möhkəmləndirdiyini deyən Medvedyev Çini nümunə gətirib:

"Qərb Çinə qarşı da adekvat sanksiyalar tətbiq etdi. Nəticədə nə baş verdi? Çin iqtisadiyyatı inkişaf etdi və möhkəmləndi. Biz də eyni addımı atacağıq".

Xatırladaq ki, Kiyevdə hökumətin devrilməsi ilə nəticələnən AB ilə iqtisadi əməkdaşlıq razılaşması təsdiq olunması üçün artıq parlamentə göndərilib. Ukrayna Prezidenti Pyotr Poroşenkonun imzası ilə parlamentə göndərilən sənədin önümüzdəki günlərdə gündəmə çıxarılması gözlənilir. Lakin Rusiya, AB və Ukrayna bu razılaşmanın parlamentdə təsdiq olunsa belə 2015-ci ilin sonundan tez tətbiq olunmaması barədə razılığa gəlmişdi.

Tarix
2014.09.15 / 21:10
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla