Yuxarı

Dolların hökmranlığı nə vaxt bitəcək? - “Mudis”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dollardan qlobal ticarətdə istifadə zamanla azala, onun ölkələrin rezervlərindəki həcmi ixtisar edilə bilər, amma bunun üçün alternativ valyutalar öz cəlbediciliyini artırmalıdırlar.

Axar.az xəbər verir ki, bu iddia ilə “Mudis” beynəlxalq reytinq agentliyinin ekspertləri Corcina Smart və Kolin Ellis çıxış ediblər. Onların fikrincə, regional ticarətin aktivləşməsi və yuan kimi yeni valyutaların əldə edilməsi ölkələrə coğrafi baxımdan uzaq dövlətlərin valyutalarını rezerv kimi istifadə etməmələrinə daha çox imkan yaradacaq:

“Nəticədə dollardan qlobal ticarətdə istifadə azalacaq, dünyanın rezerv valyuta sisteminin strukturunda ciddi dəyişikliklər olacaq. Lakin hazırda dollar beynəlxalq ticarətdə qiymət üstünlüyünə və rahatlığa sahibdir. Onun qlobal rezervlərdəki payı isə alternativ valyutalar üçün əlçatmazdır. Mərkəzi bankların mövcud reallığı dəyişməsi üçün onilliklər keçməsi lazımdır”.

Ekspertlərin iddiasına görə, yaxın perspektivdə dollar hələ də dünyada hökmranlığını qoruyub saxlayacaq:

“Dollar de-fakto 60 ildir ki, dünyanın rezerv valyutası sayılır. Dollar gələcəkdə də bu statusunu qoruyub saxlayacaq. Hazırda dünya valyuta rezervlərinin 63%-i məhz dolların payına düşür. Ondan sonrakı yerdə isə 20%-lik göstərici ilə avro dayanır. Digər valyutalardan heç biri 5%-lik göstəricini keçmir və onların yaxın zamanlarda üstünlüyü ələ almaq potensialı da yoxdur”.

Analitiklər dünya iqtisadiyyatındakı durğunluğa, fərqli dövlətlərdə defolta, Çinin qlobal ticarət rolunu artırmasına və avronun peyda olmasına rəğmən, dolların hələ də öz stabilliyini saxladığını söyləyiblər.

Tarix
2018.09.13 / 14:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla