Yuxarı

Millət vəkili: “Nefti ucuzlaşdıran siyasətdir”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Nefti ucuzlaşdıran siyasətdir”

"Nə Səudiyyə Ərəbistanı, nə də İran neft hasilatının azaldılmasında maraqlıdır".

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Fuad Muradov neft bazarındakı ən son dəyişikliklələ bağlı açıqlama verərkən deyib.

O, neftin qiymətinin düşməkdə davam edəcəyini vurğulayıb:

"Səbəb hasilatı müəyyən edən OPEK üzvü olan əsas ölkələrin - İranın, Səudiyyə Ərəbistanının mövqeyidir. Onlar neftin qiymətinin stabil saxlanmasında əsas rol oynayırlar. Bugünkü proses onu göstərir ki, həmin ölkələr hasilatı azaltmadılar. Nə İran, nə Səudiyyə Ərəbistanı hasilatın azaldılmasına razılıq veriblər. Neftin qiymətinin düşməsi ötən illərdə də müşahidə olunurdu. Amma OPEK ölkələri hasilatı azaltmaqla neftin qiymətini stabil saxlayırdılar. Bu dəfə bunu etmədilər. Neftin qiymətinin ucuzlaşmasının digər səbəbi ABŞ dollarının məzənnəsinin dəyişməsidir. Eyni zamanda burada şist qazının bazara çıxarılması faktı da mühüm rol oynayır. Fikrimcə, son beş ildə enerji bazarında şist qazının ümumi payının artması və ABŞ-ın bunun emalı üçün yeni texnologiyaları tətbiq etməsi bu məsələdə öz təsirini göstərib. Neftin qiyməti ilə bağlı vəziyyətin dəyişməsi daha çox siyasi faktorlardan asılıdır".

Tarix
2014.10.16 / 01:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Hörmüz blokadaya alınsa, İran nələr itirəcək?

Magyar elə Orbanın öz layihəsidir – Dosyeyə baxın!

Markov: Orbanın məğlubiyyəti fəlakətdir!

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla