Yuxarı

“Unibank” yeni filialını təqdim etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Unibank” yeni filialını təqdim etdi

Bakının Bakıxanov qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin sakinləri "Unibank"ın xidmətlərindən daha rahat istifadə edə bilərlər.

"Unibank"dan Axar.az-a verilən məlumata görə, bankın 20 saylı filialı ("Bakıxanov 2") daha geniş ofisdə fəaliyyətini davam etdirir.

Müştərilərə xidmətin keyfiyyətini yüksəltmək və bank məhsulları və xidmətləri ilə daha yüksək səviyyədə təmin etmək üçün, "Bakıxanov 2" filialının köçdüyü ünvan köhnə ofisin yaxınlığında yerləşir.

Yeni ofis vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir.

"Unibank"ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü səhər saat 09:00-dan 17:00-dək Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Gənclər küç, 27C ünvanında, "Bakıxanov" alış-veriş mərkəzinin yaxınlığında yerləşən filiala müraciət edə bilər.

Filial şəbəkəsini genişləndirməklə müştərilərinə daha da yaxın olmağı əsas prioritetlərindən seçən bank, istər paytaxtda, istərsə də bölgələrdə geniş xidmət şəbəkəsinə malikdir. İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü, nahar fasiləsi olmadan müştərilərinə müxtəlif bank xidmətləri göstərir.

Tarix
2014.10.30 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla