Yuxarı

Ər-Riyad neftin qiymətini qaldırmağa başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft qiymətlərinin bir həftədən az vaxt ərzində 7 faizdən çox artması ötən ilin dekabrın əvvəlində OPEK-in gündəlik neft hasilatını 1,2 milyon barrel azaltmağa dair qərarından sonra Səudiyyə Ərəbistanının neft hasilatını və onun ixracını azaltması ilə bağlıdır.

Bu sözləri Axar.az-a dünya bazarında neft qiymətlərinin birdən-birə yüksəlməsini şərtləndirən səbəblər haqda danışan professor Fikrət Yusifov deyib. İqtisadçı Səudiyyənin neftin qiymətlərinin 80 dollar səviyyəsinə yüksəlməsi uğrunda əməli fəaliyyətə keçdiyini deyib:

“Araşdırmalar göstərir ki, Səudiyyə neftin qiymətlərinin 80 dollar səviyyəsində özünü yaxşı hiss edə bilir. Yəni belə olanda neft satışından daxilolmalar hökumətə xərcləri qarşılamaq imkanı yaradır. Neft qiymətlərinin bir həftədən az vaxt ərzində 7 faizdən çox artması ötən ilin dekabrın əvvəlində OPEK-in gündəlik neft hasilatını 1,2 milyon barrel azaltmağa dair qərarından sonra Səudiyyənin neft hasilatını və onun ixracını azaltması ilə bağlıdır. Səudiyyənin Energetika naziri Xalid əl Falehin bəyanatından da bəlli olur ki, Ər-Riyad bu ilin martında neft hasilatını 500 min barrel azaldaraq 2016-ci ildəki 9,8 milyon barrel səviyyəsinə qədər endirməyi planlaşdırır. Beləliklə, Səudiyyə gündəlik neft ixracını keçən ilin noyabr ayı ilə müqayisədə 1,3 milyon barrel azaldaraq onu 8,2 milyon barreldən 6,9 milyon barrelə qədər endirmək niyyətindədir. Təbii ki, dünyanın ən çox neft hasilatçısı olan bir ölkə tərəfindən bazara təklif olunan neftin həcminin bu qədər azaldılacağına dair bəyanat verməsi dünya neft bazarında öz sözünü deməyə başlayıb”.

Professor bu arada Səudiyyənin Rusiya ilə birlikdə OPEK-in yeni alyansını yaratmaq istiqamətində səylərini artırmağa başlaması məsələsinə də münasibət bildirib:

“Hər iki ölkə artıq yeni alyansın yaradılmasını rəsmiləşdirəcək sənədin ilkin variantını da işləyib hazırlayıb və OPEK-in bu ilin aprelində nəzərdə tutulan toplantısında sözügedən sənədin müzakirəyə çıxarılacağı ehtimal olunur. Yeni layihədə alyansa daxil olan ölkələrin sayının 24-ə çatdırılması nəzərdə tutulur. OPEK-ə hazırda üzv olan ölkələrin sayı 14-dür. Heç şübhəsiz ki, ABŞ dünya neft bazarılarında qiymətlərin formalaşmasına əhəmiyyətli təsir edə biləcək alyansın yaradılmasının qarşısını almaq üçün bütün mümkün addımları atacaq. Artıq ABŞ Konqresi antiOPEK qanunvericiliyi üzərində intensiv şəkildə çalışır. Bu sənəddə OPEK-ə daxil olan və onunla əməkdaşlıq edən ölkələrə qarşı kəskin addımların atılması nəzərdə tutulur”.

Tarix
2019.02.18 / 17:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla