Yuxarı

Aleksandr Novak Pərviz Şahbazovla görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda OPEK və qeyri-OPEK ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakla görüşüb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı OPEK+ çərçivəsində görülən tədbirlər, dekabr qərarının icra vəziyyəti, Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb.

Aleksandr Novak hasilatın azaldılması ilə bağlı ölkəsinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib və öhdəliyin icrası ilə bağlı prosesin tədrici xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, qlobal neft bazarında növbəti dövr üçün gələcək addımların müəyyənləşdirilməsi məqsədilə may ayında müzakirələrin keçirilməsi daha məqbul ola bilər.

Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının inkişaf tendensiyalarından bəhs edərək, qiymət sabitliyinin saxlanması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Rusiya istiqamətində neftin nəqli, Azərbaycan-Rusiya-İran enerji sistemlərinin əlaqələndirilməsi, “Star” neft emalı zavoduna Rusiya neftinin təchizi, “Türk axını” layihəsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlinib.

Tarix
2019.03.17 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla