Yuxarı

Energetika naziri OPEK-in 14-cü iclasında - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Energetika naziri OPEK-in 14-cü iclasında - Foto

Azərbaycan “OPEK plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil edilib.

Energetika Nazirliyindən Axar.az-a bildirilib ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “OPEK plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında cari ilin aprel ayı üzrə neft hasilatı ilə bağlı Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub. Dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyaları müzakirə edilib. “OPEK plus” formatı çərçivəsində öhdəliklərin icra səviyyəsi təhlil olunub.

İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. Ötən ilin dekabrında qəbul edilən qərarın yüksək səviyyədə icrası neft bazarına, xüsusilə neftin qiymətinə müsbət təsir göstərib: “Bütün bu müsbət məqamlar "Əməkdaşlıq Bəyannaməsi"ni imzalamış OPEC və qeyri-OPEC ölkələrinin birgə uğurudur. Məhz bu əməkdaşlıq, ümumi məqsəd naminə birgə fəaliyyət sayəsində dünya iqtisadiyyatının inkişaf tempinin zəifləməsi, qlobal neft bazarında ticarət məhdudiyyətləri, geosiyasi qeyri-sabitlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatlarının artması kimi risklərin olduğu bir vaxtda neft bazarı böhranla üzləşməyib”.

Qeyd edək ki, “OPEC plus” ölkələri tərəfindən öhdəliklər apreldə 168 faiz yerinə yetirilib. Yanvardan mayadək öhdəliklərin orta icra səviyyəsi isə 120 faiz olub. Bu göstəricilər 2018-ci ilin dördüncü rübü ilə müqayisədə qlobal iqtisadi inkişafa müsbət təsir edən amillər kimi dəyərləndirilib.

Nazirlərinin Birgə Monitorinq Komitəsi neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib. “OPEC plus” Nazirlərinin iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və təhlilinin davam etdirilməsi məsləhət görülüb.

Nazirlərin Birgə Monitorinq Komitəsinin 15-ci iclasının isə iyunda Vyanada keçirilməsinə qərar verilib.

Tarix
2019.05.20 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Gideon Saar Azərbaycana gələcək

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

ABŞ “Javelin”lərin Hindistana satışına razılıq verdi

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Türkiyə ilə sülh Ermənistan üçün vacibdir - Mirzoyan

Dünənin, bu günün və sabahın partiyası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla